ELM VƏ TƏHSİL


Azərbaycanlı cərrahın əməliyyatı IRCAD-ın təhsil proqramına daxil edilib

Bakı, 12 iyul, AZƏRTAC 

Həzm Xərçəngi Araşdırma İnstitutu və Laparoskopik Təlim Mərkəzi olan, Fransada yerləşən IRCAD hər il 400 mindən çox cərraha “WeBSurg” virtual universitet vasitəsilə laparoskopik cərrahi təhsil almağa imkan verir. Bu tədris prosesində beynəlxalq standartlara uyğun əməliyyat videolarından istifadə olunur.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) AZƏRTAC-a bildiriblər ki, Postsovet məkanından ilk olaraq azərbaycanlı cərrah, RMDM-in əməkdaşı, həkim-ümumi cərrahı İlqar İsmayılovun icra etdiyi laparoskopik bağırsaq əməliyyatı IRCAD-ın təhsil proqramına daxil edilib və “WeBSurg”da bu əməliyyatın videosu yayımlanıb.

Bu, son illər Azərbaycan səhiyyəsinin inkişafının növbəti göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.