SİYASƏT


Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin iclasına sədrlik edir

A+ A

Paris, 28 oktyabr, AZƏRTAC

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın sədrliyi ilə oktyabrın 28-də Parisdə qurumun “Uşaq və gənclərin hüquqlarının sosial, qanuni və iqtisadi müdafiəsinə həsr edilmiş iclası öz işinə başlayıb.

İclasda Avropa Sosial Hüquqlar Komitəsinin üzvü Eliane Çemlanın “Avropa Sosial hüquqlar komitəsinin qərarlarına baxış” adlı məruzəsi dinləniləcək.

Deputatlar və dəvət olunmuş ekspertlər fikir mübadiləsi aparacaq və milli səviyyələrdə uşaqların müdafiəsinə dair tövsiyələr hazırlayacaqlar.

Müzakirələrdən sonra Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyeva seminarın nəticələri ilə bağlı fikrini bildirəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.