SİYASƏT


Azərbaycanlı deputat: Ermənistan portallarında Dağlıq Qarabağla bağlı saxtalaşdırılmış faktların yayılmasının qarşısı alınmalıdır

Strasburq, 25 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının üçüncü günündə plenar iclasda “Onlayn media və jurnalistika: çağırışlar və hesabat, kiberdiskriminasiya və onlayn nifrətə son qoyulması” mövzusunda hesabat dinlənilib və müzakirələr aparılıb.

AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva müzakirələrə qoşulub və bildirib ki, bu gün qlobal miqyasda onlayn mediadan müəyyən ideyaların təbliği üçün manipulyasiya üsulu kimi istifadə olunur. Təəssüf ki, saxta faktlar ictimai fikrin formalaşmasına və virtual mif yaradılmasına yönəlib. Xüsusilə münaqişə zonaları haqqında düzgün informasiya yaymaq böyük məsuliyyətdir. Təəssüflər olsun ki, bəzi veb saytlar bunu düzgün dərk etmir.

Ermənistanın internet portallarında Dağlıq Qarabağ haqqında, onun tarixi, mədəni irsi ilə bağlı saxtalaşdırılmış faktlar, eyni zamanda, bu gün baş verən hadisələr, erməni silahlı qüvvələrinin fəaliyyəti barədə yalan məlumatlar göstərilir. Belə faktlar münaqişənin həll edilməsinə yönələn maneələrin bir hissəsini təşkil edir və onların qarşısı alınmalıdır. Ümumiyyətlə, radikal ideyaların, dini və etnik dözümsüzlüyün, ekstremizmin yayılmasında medianın rolu çox böyükdür.

AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi S.Fətəliyeva çıxışında müasir dövrdə kibermühitdə uşaqların təhlükəsizliyinə də toxunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.