SİYASƏT
Azərbaycanlı deputat yay sessiyasının iclasına sədrlik edib
Strasburq, 28 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iyunun 28-dəki plenar iclası qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin hazırladığı məruzələrin dinlənilməsi ilə başlayıb.
İclasda əvvəlcə miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitənin hazırladığı məruzələr dinlənilib. Miqrant və qaçqın böhranı, bu sahədə Avropa ölkələrinin üzləşdiyi əsas çətinliklərdən danışılıb.
Qeyd edək ki, plenar sessiyanın bu iclası miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitənin sədri, Milli Məclisin deputatı Sahibə Qafarovanın sədrliyi ilə keçirilib.
Fasilədə Avropa Şurası tərəfindən dəstəklənən miqrant və qaçqınlar haqqında “Canlı kitabxana” tədbiri təşkil olunub.
Komitənin sədri Sahibə Qafarova tədbirin təşkilatçısı və kitabxanaya dair ətraflı məlumat verib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq