SİYASƏT
Azərbaycanlı deputatlar Qazaxıstanda parlament seçkilərinin gedişini müşahidə edirlər
Bakı, 1 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Qazaxıstan Respublikası Parlamentinin Senatına seçkilər keçirilir.
Milli Məclisin MDB Parlamentlərarası Assambleyasında (PAA) daimi nümayəndəsi Aydın Cəfərovun rəhbərliyi ilə deputatlar Rüfət Quliyev, İqbal Məmmədov və Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının direktoru Elman İmaməliyev MDB PAA-dan olan müşahidə qrupu çərçivəsində seçkilərin təşkili prosesini və səsvermənin gedişini müşahidə etmək üçün Qazaxıstandadırlar.
Müşahidəçilər sentyabrın 30-31-də seçkilərin təşkilinin monitorinqini aparıblar. Oktyabrın 1-də isə onlar səsvermənin gedişini müşahidə edirlər.