CƏMİYYƏT


Azərbaycanlı deputatlar Süleyman Dəmirəlin xatirəsini anım tədbirində iştirak ediblər

İsparta, 17 iyun, АZƏRTAC

Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatının ikinci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

Görkəmli siyasi və dövlət xadiminin doğulduğu İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində keçirilən tədbirdə Azərbaycanı Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev təmsil ediblər.

Əvvəlcə Türkiyənin dövlət himi səsləndirilib.

Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhuna dualar oxunub.

Anım mərasimində professorlar Tanju Tosun, Gülsün Ərdoğan Tosun, Lütfi Çakmakçı və başqaları S.Dəmirəlin həyat və fəaliyyətindən, tarixi siyasi missiyasından, böyük quruculuq işlərindən, yüksək insani keyfiyyətlərindən danışıblar.

Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında S.Dəmirəlin xidmətlərindən, onun ulu öndər Heydər Əliyevlə səmimi dostluq münasibətlərinin xalqlarımız və ölkələrimiz arasındakı inkişafa təsirindən danışıb.

Sonra anım mərasimi S.Dəmirəlin məzarı üstündə və onun adını daşıyan muzeydə davam etdirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İsparta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.