SİYASƏT


Azərbaycanlı diplomatlar İrpen şəhər gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları İrpen şəhər meri Vladimir Karplyukun dəvəti ilə İrpen şəhər gününə həsr olunmuş bayram tədbirlərində iştirak ediblər.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl diplomatlar İrpen şəhərində akademik Zərifə Əliyeva adına dostluq parkını ziyarət edərək görkəmli oftalmoloqun abidəsi önünə çiçək qoyub, abadlığına daim nəzarət olunan parkda yaradılan şəraitlə tanış olublar.

Daha sonra diplomatlar Zərifə Əliyeva adına linqvistika təmayüllü 12 saylı orta məktəbi ziyarət ediblər. Məktəb direktoru Valentina Antonenko qonaqları məktəbin nəzdində yaradılan Zərifə Əliyeva adına xatirə muzeyi ilə tanış edib. Məktəb kollektivinin Naxçıvana, Şahtaxtı kəndinə səfərlərindən danışıb.

İrpen şəhər gününə həsr olunmuş tədbirlər şəhər administrasiyasının qarşısında yeni təmir olunmuş mərkəzi meydanın və Taras Şevçenko adına küçənin açılışı ilə başlanıb. Şəhər meri Vladimir Karplyukun, Kiyevdə akkreditə olunmuş diplomatik missiyaların, İrpen şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələrinin və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən təntənəli açılış mərasimində səfir Azər Xudiyev çıxış edib. O, İrpen şəhəri ilə əməkdaşlığa xüsusi diqqət verildiyini, mütəmadi səfərlərin həyata keçirildiyini qeyd edib. Səfir İrpen şəhərində Azərbaycanın görkəmli oftalmoloqu akademik Zərifə Əliyeva adına parkın və küçənin, şəhərin ən aparıcı orta məktəbində Zərifə Əliyeva xatirə muzeyinin mövcudluğunun bu sağlam əməkdaşlığın təcəssümü olduğunu vurğulayıb. Səfir şəhər merinə Azərbaycanla əlaqələrə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Daha sonra qonaqlar İrpen şəhər gününə həsr olunmuş təntənəli paradı izləyiblər, şəhər meri Vladimir Karplyukun qonaqların şərəfinə verdiyi ziyafətdə iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.