İDMAN


Azərbaycanlı dünya çempionu Zabit Səmədov azarkeşləri ilə görüşüb VİDEO

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

“WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov sentyabrın 8-də “Park Bulvar” ticarət-əyləncə mərkəzində mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, dünya çempionu bir neçə gün əvvəl Azərbaycan Prezidenti ilə görüşməsindən və dövlətimizin başçısının onu qələbə münasibətilə təbrik etməsindən sonsuz qürur duyduğunu bildirib. Z.Səmədov rumıniyalı Katalin Moroşanu ilə keçirdiyi həlledici döyüş barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanda “WBC Muaythai” versiyası üzrə məktəbin yaradılmasının nəzərdə tutulduğunu deyib. Dünya çempionu, həmçinin gələcəkdə filmlərə çəkilmək istədiyini bildirib.

Mətbuat konfransından sonra Z.Səmədov azarkeşləri ilə xatirə şəkili çəkdirib, onlarla söhbət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.