İDMAN


Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Bakı, 10 may, AZƏRTAC

“İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov Ukraynada III beynəlxalq fotoreportyor müsabiqəsinin qızıl medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, “Ukrayna Foto Sənəti Mərkəzi” İctimai Birliyinin və “Ostroq Akademiyası” Milli Universitetinin təşkil etdiyi müsabiqədə 12 kateqoriya üzrə qaliblər müəyyən olunub.

Dilavər Nəcəfovun 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudovu çəkdiyi “Məşqçi” fotosu “İdman” (tək foto) kateqoriyasında mükafata layiq görülüb.

Fotoqraf Aqdes Bağırzadə “Leyli və Məcnun” adlı fotoları ilə “İncəsənət, əyləncə” (fotooçerk) nominasiyasında gümüş, Rəşad Mehdiyev “Futbolu ayaqla oynayırlar” fotosu ilə “İdman” (tək foto) nominasiyasında bürünc, Kərim Abbasov isə “Küçə” adlı fotosu ilə "Gündəlik həyat" (tək foto) nominasiyasında diploma sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.