MƏDƏNİYYƏT


Azərbaycanlı fotoqrafın Osloda fotosərgisi açılacaq

A+ A

Bakı, 21 oktyabr, Z.Mansurova, AZƏRTAC

Norveçin paytaxtı Osloda Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycana dair fotosərgi” açılacaq. Sərgidə azərbaycanlı gənc fotomüxbir Rüstəm Fərmanın əsərləri nümayiş olunacaq.

Fotomüxbir AZƏRTAC-a bildirib ki, sərgi Oslo şəhərinin Saqene Könüllülər Mərkəzində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçiriləcək.

R.Fərmanın sözlərinə görə, ölkəmizin gözəl təbiəti, mədəniyyəti, tarixi və multikultural dəyərlərini təqdim edəcək sərgi dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunub.

Qeyd edək ki, oktyabrın 23-dək davam edəcək sərgi Rüstəm Fərmanın xarici ölkədə təşkil olunan ilk fərdi fotosərgisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.