CƏMİYYƏT


Azərbaycanlı gənc Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

Tbilisi, 24 iyun, AZƏRTAC

Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub. 31 yaşlı Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri təyin olunub.

AZƏRTAC xəbər verir ki, A.Məmmədov bu vəzifəyə təyin olunanadək Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində çalışıb.

Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini, həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib.

Evlidir. Bir oğlu var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.