MƏDƏNİYYƏT


Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak ediblər

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC 

Polşanın paytaxtı Varşava şəhərində beynəlxalq mədəniyyət festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Varşava mozaikası” adlı tədbirdə ölkəmizi Polşada Azərbaycanlı Gənclər Şurası təmsil edib.

Festival zamanı qonaqlara Azərbaycanın milli yeməkləri, ləziz şirniyyatları, ölkəmizin istehsalı olan şirələr təklif edilib.

Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd bildirib ki, festivalda Azərbaycanın mədəniyyəti, incəsənəti, turizmini özündə əks etdirən jurnallar və bukletlər də paylanılıb. Bu ölkədə yaşayan həmvətənlərimizin ifasında canlı musiqi və milli rəqslər alqışlarla qarşılanıb. Bundan başqa, Azərbaycan haqqında məlumat stendi qurulub. Təşkilatın rəhbərlərindən olan Rəsul Məmmədov festivala gələn yerli media nümayəndələrinə Azərbaycan haqqında məlumat verib.

Avropa Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “Varşava mozaikası” beynəlxalq mədəniyyət festivalında Azərbaycandan başqa Polşa, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan və Moldova da təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.