CƏMİYYƏT


Azərbaycanlı həkim-mütəxəssisin tədqiqatları Avropa təşkilatları tərəfindən yüksək qiymətləndirilib

A+ A

London, 25 iyul, AZƏRTAC 

Azərbaycanlı gənc həkim Rəşad Həsənovun “Pediatriyada Hidrogen nəfəs testi: Ali uşaq mərkəzində nəticələrin retrospetiv auditi” mövzusunda araşdırması Britaniyanın və Avropanın tanınmış elmi təşkilatları tərəfindən yüksək qiymətləndirilib.

R.Həsənovun elmi araşdırması Britaniyanın və Avropanın tanınmış Pediatrik Qastroenterologiya Assosiasiyaları olan “The British Society of Paediatric Gastroenterology”, “Hepatology and Nutrition” (BSPGHAN), “European Society for Paediatric Gastroenterology” və “Hepatology and Nutrition” (ESPGHAN) cəmiyyətləri tərəfindən təqdimata vəsiqə qazanıb və Britaniyanın Brirtol şəhərində beynəlxalq tibbi elmi cəmiyyətə təqdim edilib.

Qastroenterologiya üzrə mütəxəssis R.Həsənovun araşdırması bəzi insanlarda mədə-bağırsaq şikayətlərinə aid heç bir anatomik qüsur aşkarlamadıqdan sonra bu üsulla həm pediatrik yaş qrupunda, həm də yaşlı xəstələrdə incə bağırsaq bakterial çoxalması, laktoz, sukroz, fruktoz intoleransı-qastrointestinal sistem xəstəliklərinin aşkarlanması və uğurla müalicə edilməsini əhatə edir. Bu üsul qeyri-invaziv və ucuz başa gələn müayinə metodudur.

Azərbaycanlı mütəxəssisin araşdırması yuxarıda qeyd edilən cəmiyyətlərin jurnalında çap olunub. Daha böyük beynəlxalq diqqət cəlb edən tədqiqat Yunanıstanın paytaxtı Afina şəhərində də tibb elmi ictimaiyyətinə təqdim olunub.

Britaniyanın “Queen Mary” universitetində qastroentrologiya təhsili alan R.Həsənov Avropa Pediatrik Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının həqiqi üzvü seçilib. O, hazırda həmin təşkilatlarda ilk azərbaycanlı qastroenteroloq (pediatrik və ümumi) olaraq tədqiqatlarını davam etdirir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.