Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanlı heykəltəraşın türk əsgərinin şərəfinə ucaltdığı möhtəşəm abidə

Bakı, 28 fevral, AZƏRTAC

Haqqında söz açmaq istədiyimiz və az qala Türkiyədə vətənpərvərlik rəmzi kimi qəbul edilən “Mehmetcik” abidəsi Ankara və İzmir şəhərləri arasında – Poladlıdakı Qartalqaya yüksəkliyində yerləşir. Möhtəşəmliyi ilə diqqət çəkən bu abidənin yaradıcısı azərbaycanlı tişə ustası Səid Rüstəmdir. Bu yazıda məqsədimiz də bu heykəlin yaranma tarixinə işıq salmaqdır....

Zamanında Bizans kimi möhtəşəm dövlətin dünya xəritəsindən silinməsini şərtləndirən və əhalisi müsəlmanlardan ibarət olan Türkiyənin xristian dünyasının qonşuluğunda mövcudluğu açıq-aşkar dilə gətirilməsə də, hər halda çox dövlətlər üçün arzuolunmaz idi. Elə Türkiyənin dünyanın böyük gücləri ilə davamlı şəkil alan müxtəlif savaşları da bunu təsdiqləyir. Onların ən taleyüklüsü 1921-ci ilin payızında Ankaranın altmış kilometrliyindəki Poladlı rayonunda baş tutub desək, həqiqəti söyləmiş olarıq. Bu gün inamla demək olar ki, Sakariyada - Poladlıdakı Qartalqaya nöqtəsində gerçəkləşən bu döyüş doğrudan da Türkiyə-Yunan müharibəsinin ən həlledici anı olub. Düşmənin qələbəsi onun iki il sonra ölkə paytaxtı olacaq Ankaraya yolunu açmış olurdu. Odur ki, buranı türk ordusunun son dirəniş yeri adlandıranlar da yanılmırlar. Çünki bu döyüşün hansı nəticə ilə sonuclanmasından çox şey asılı idi. Başqa sözlə desək, buradakı məğlubiyyət yunanlar üçün sıradan sayılacaq döyüş uğursuzluğu hesab olunacaqdısa, türklər bir neçə əsr ərzində formalaşdırdıqları dövlətçiliyi birdəfəlik itirəcəkdilər. Odur ki, iyirmi iki gün davam edən bu savaş elə daşıdığı siyasi–psixoloji yükə müvafiq oldu. Belə ki, gecə-gündüz ara verməyən Poladlı döyüşündə hər iki tərəf böyük itkilər verdi. Şəhidlik zirvəsinə yüksələn çoxsaylı türk mehmetciklərinin bənzərsiz türk qeyrətinə tapınan müqaviməti və qisası qələbə sonluqlu oldu. Uğurlu hərbi nəticəyə görə Atatürkün də “Qazi” rütbəsinə layiq görüldüyü bu döyüşdə türk döyüşçüləri güclü yunan ordusuna “Dur!” deməyi bacardı...

Türkiyə tarixinin bu ən önəmli hadisələrindən birinə heykəl ucaltmaq, həmin döyüşdə həlak olanların unudulmaz xatirəsinə ehtiramlarını bildirmək hökuməti çoxdan düşündürürdü. Ən nəhayət, 2008-ci ildə hamının səbirsizliklə gözlədiyi gün gəlib yetişdi və həmin yerdə müəllifi Azərbaycan heykəltəraşı Səid Rüstəm olan abidənin təntənəli – xalq bayramına çevrilən açılışı oldu. Ümumi hündürlüyü 32 metrə çatan və Türkiyənin ən möhtəşəm memorial sənət nümunəsi sayılan “Mehmetcik” bu gün qardaş ölkənin ən qürurdoğurucu heykəli hesab olunmaqdadır.

Qeyd edək ki, rəsmi dövlət orqanlarından bu əsəri yaratmaq sifarişini alan və döyüş haqqında zəngin məlumat toplayan Səid Rüstəm kompozisiyanın əsas məna-məzmun yükünü türk mehmetciyinin dilindən səslənən taleyüklü “Dur!” əmrinə kökləyə bilmişdir. Başqa sözlə desək, on metrlik kürsü üzərindən üzü bir vaxtlar bu qanlı döyüşün baş tutduğu meydana yönəli qürurla dayanan türk əsgərinin inamlı duruşu səsləndirdiyi “Dur!” əmrinin icrasına bələnmiş tutumdadır. Qətiyyəti həlledici əmrə çevirməyi bacaran mehmetciyin silah tutan sağ əlində, düşmənə dayanmaq işarəsi verən sol əlində türk xalqının iradəsini yaşadan mübarizliyi duyulmaqdadır...

Təbii ki, Səid Rüstəmin misdən hazırlanmış bu heykəlinin möhtəşəmliyini təkcə onun ölçüsünün böyüklüyü müəyyənləşdirmir. Əslində bu dəfə də onun bütün klassik tələblərə cavab verən heykəltəraşlıq əsərinin abidələşməsinin kökündə mehmetciyin iç dünyasından qaynaqlanan qətiyyəti və qələbəyə inamını plastik tutuma və ruh daşıyıcısına çevirə bilmək istedadı durur. Odur ki, ümumi hündürlüyü otuz iki metrə çatan (mehmetcik fiqurunun hündürlüyü 22 metrdir) abidənin monumentallığını şərtləndirən başlıca səbəb onun bədii-estetik və bədii-texniki vasitələrin uğurlu vəhdətindədir...

Məlumat üçün bildirək ki, heykəltəraşın abidə üzərində yaradıcılıq işi səkkiz aya kimi davam edib. Beton kürsü üzərində ucaldılan və beş hissədən ibarət olan abidənin metal hissəsinin quraşdırılmasında müəllifin özü şəxsən iştirak edib. Bu da heç şübhəsiz hissələrin birləşdirilib bütövləşməsində ortaya çıxa biləcək hər hansı bədii-texniki problemin elə yerindəcə estetik tutuma uyğun həllinə kömək edib. Abidənin kürsüsü öz-özlüyündə funksional mahiyyət daşıyır. Belə ki, orada Sakariya panoram muzeyi yerləşir. Muzey - kürsünün dairəvi fasadını türk mehmetciklərinin yurd sevgisini özündə yaşadan süjetli relyeflər təşkil edir...

Sakariya savaşında şəhid olmuş minlərlə türk əsgərinin xatirəsinə xələflərinin göstərdikləri ehtiram bu gün hər bir Türkiyə vətəndaşının gözündə qürur mücəssəməsi kimi qəbul olunur. Belə ki, qanın su yerinə axdığı həmin döyüşün sonunda türklər bir millət olaraq özlərinin yenidən onlara əbədi qürur bəxş edəcək doğuş dastanını yazmış oldular. Heykəlin açılışı günlərində Türkiyə mətbuatında yer alan yazıların əksəriyyətində azərbaycanlı heykəltəraş Səid Rüstəm həmin dastanı ölümsüzləşdirən əllərin sahibi kimi təqdim olunmuş və dəyərləndirilmişdi...

1993-2016-cı illərdə Türkiyənin bir çox şəhərlərində (Ankara, İstanbul, Bursa, Çanaqqala, İzmir, Ədirnə, Sarıqamış, Qazantəpə, Tekirdağ, Kastamonu və s.) onun hazırladığı və müxtəlif şəxsiyyətlərə (Mustafa Kamal Atatürk, Nazim Hikmət, İbn Sina, Dədə Qorqud, Fateh Sultan Mehmet, Yunus Əmrə və s.) və hadisələrə (“Zəlzələ”, “Səhiyyə”, “Ədalət ilahəsi” və s.) həsr olunmuş abidələr ucaldılmışdır. Həmin müddətdə tişə ustasının Macarıstan, Yaponiya, Meksika və s. ölkələrdə müəllifi olduğu heykəllərin açılışı olmuşdur.

Səid Rüstəmin yaradıcılığı təkcə monumental heykəllərlə məhdudlaşmır. Onun dəzgah heykəltəraşlığı sahəsində yaratdığı nümunələr həm məna-məzmun tutumunun çoxqatlılığına, həm də forma-biçim oynaqlığına görə diqqət çəkir. Müəllifin davamlı müşahidələrinin nəticəsi olan bu heykəltəraşlıq əsərlərində bizi əhatə edən hadisələrə, insanın bələndiyi ən müxtəlif yaşantılara obrazlı-düşündürücü tutum verildiyindən, onlar uzun müddət unudulmur.

Səid Rüstəm dəzgah plastikası nümunələrini vaxtaşırı təşkil etdiyi fərdi sərgilərində nümayiş etdirir. Onun 2016-cı ilin sonunda Ankarada – TÜRKSOY-un mənzil-qərargahında anadan olmasının 60 illiyi münasibətilə təşkil olunan yubiley sərgisi yüksək bədii tutumuna görə Türkiyə mədəni məkanında yaddaqalan hadisə kimi dəyərləndirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun ona rəhbərlik etdiyi qurumun xatirə medalını təqdim etməsi isə azərbaycanlı heykəltəraşın türkdilli xalqların birliyinin möhkəmləndirilməsinə xidmətlərinə verdiyi töhfələrə cavab kimi dəyərləndirilmişdir. Qənaətimizcə, onun “Mehmetcik” heykəli də bunu təsdiqləyəcək ən kamil sənət nümunələrindəndir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu