İQTİSADİYYAT


Azərbaycanlı iqtisadçı alim G20-nin beyin sammitində iştirak edir

Bakı, 30 may, AZƏRTAC

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov Berlin şəhərində keçirilən “Böyük İyirmiliy”in (G20) beyin sammitində iştirak edir.

Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, Berlinə səfər G20 beyin sammiti sədrinin dəvəti ilə reallaşıb. Azərbaycanlı alim bütövlükdə regiondan sammitə dəvət edilən yeganə beyin mərkəzi rəhbəridir. CESD qlobal qiymətləndirmədə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzidir.

Tədbirdə qlobal iqtisadi sistemin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzular müzakirə edilir. Tədbirdə, həmçinin qlobal maliyyə sistemi və hətta Türkiyə-Avropa İttifaqı kimi məsələlərə də toxunulacaq.

Sammitdə, eyni zamanda, dünyanın 100 ölkəsindən dəvət edilən eyni sayda istedadlı gənclər ilə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub. Üç gün davam edəcək görüşdə bu ilin iyul ayında Hamburq şəhərində G20 ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək sammitdə beyin mərkəzlərinin töhfəsi məsələləri də müzakirə mövzusu olacaq.

Vüqar Bayramov bildirib ki, sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirak edəcək, bir sıra panellər üzrə fikirlərini bildirəcək.

Qeyd edək ki, G20-yə hazırda Almaniya sədrlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.