İQTİSADİYYAT


Azərbaycanlı iş adamının istehsal etdiyi məhsul beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

A+ A

Vyana, 2 sentyabr, AZƏRTAC

Avstriyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Rauf Kamilin rəhbərlik etdiyi "Kamill Spirts" şirkətində istehsal olunan məhsullar növbəti dəfə beynəlxalq müsabiqədə münsiflər heyətinin rəğbətini qazana bilib.

Hər il Londonda təşkil olunan “Beynəlxalq şərab və spirt müsabiqəsi”nə öz məhsullarını təqdim edən "Kamill Spirts" şirkətinin “Baku” arağı müsabiqənin qızıl, “Austrian Gold Saffron Vodka” adlı məhsulu isə gümüş medalla təltif olunub. Məhsul istehsalında yeni metod və kreativ üsullardan istifadə edən Rauf Kamilin əsas məqsədlərindən biri də Avropa bazarlarına Azərbaycan adını tanıdan məhsulları çıxarmaqdır.

Təkcə Avstriyadan 30-dan artıq spirt məhsulları istehsalçısının qatıldığı müsabiqədə dünyanın 90-dan artıq ölkəsinin məhsulları iştirak edir. Müxtəlif kateqoriyada təqdim olunan məhsullar yeddi ay ərzində 400 ekspert tərəfindən qiymətləndirilib və sonra məhsullar kimyəvi analizdən keçirilib. Spirtli içkilər sahəsində “Oskar” müsabiqəsi kimi dəyərləndirilən “Beynəlxalq şərab və spirt müsabiqəsi“ 1969-cu ildən bəri hər il təşkil olunur və böyük ənənələrə söykənir.

Noyabr ayında London şəhərində “Guildhall” sarayında mükafatların rəsmi təqdimetmə mərasimi keçiriləcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.