İDMAN


Azərbaycanlı jurnalist beynəlxalq boulinq turnirində mükafatçılar sırasında yer alıb

Tbilisi, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Tbilisidə jurnalistlər arasında ilk dəfə boulinq üzrə beynəlxalq turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan, Ukrayna və Kanadadan 30-dan çox jurnalist birincilik uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandasının üzvü, “İdman” qəzetinin əməkdaşı Rəşad Əliyev mükafatçılar sırasında yer alıb. 146 xalla R.Əliyev turniri üçüncü pillədə başa vurub.

İlk iki pilləni isə Gürcüstan təmsilçiləri tutublar.

Turnir başa çatdıqdan sonra bağlanış mərasimi təşkil olunub.

Mərasimdə çıxış edən Gürcüstan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Mixail Abaişvili iştirakçılara təşəkkür edərək, idman jurnalistikasının dünyada aparıcı mövqeyindən danışıb və gələcəkdə belə yarışların davamlı təşkil edilməsinin vacibliyini diqqətə çatdırıb.

“İdman” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Qabil Mehdiyev M.Abaişviliyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xatirə hədiyyəsini təqdim edib.

Həmçinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Əməkdar Jurnalist Eldar İsmayılov təşkilatçılara rəhbərlik etdiyi qurumun xüsusi hədiyyəsini verib.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.