CƏMİYYƏT


Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada bürünc medala layiq görülüb

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Honq Konqda məktəblilərin 57-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər bir bürünc medala, dörd həvəsləndirici sertifikata layiq görülüblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 109 ölkədən 602 məktəblinin iştirak etdiyi olimpiadada şagirdlərə hər gün üç sual olmaqla altı sual təqdim olunub. Hər üç sual üçün dörd saat 30 dəqiqə vaxt verilib.

Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmməd Şirinov olimpiadanın bürünc medalına layiq görülüb. Həvəsləndirici sertifikat alan dörd şagirddən biri Ramil Cəbiyev həmin liseyin 8-ci sinfində oxuyur. Digər üç sertifikatın sahibləri olan Anar Hüseynov, Mirəli Əhmədli və Tahir Nadirov isə Gəncə və Quba məktəbliləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.