ELM VƏ TƏHSİL


Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada beş medal qazanıblar

Bakı, 13 dekabr, AZƏRTAC 

İndoneziyanın Bali şəhərində yeniyetmələrin 13-cü Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dünyanın 48 ölkəsindən məktəblilərin qatıldığı olimpiadada Azərbaycandan altı şagird iştirak edib.

Sumqayıt şəhərindəki təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin şagirdi Turan Bayramlı, “İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar.

Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada üç mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, üçüncü mərhələdə isə praktik bacarıqları yoxlanılıb.

Cari ilin noyabrında olimpiadalara hazırlıq mərkəzlərində keçirilən seçim imtahanının nəticələrinə əsasən, Azərbaycanı təmsil edən şagirdlər müəyyənləşdirilib və onlar üçün intensiv hazırlıq məşğələləri təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.