İDMAN


Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək.

AZƏRTAC xəbər verir ki, Z.Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı “Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə “K-1” üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib.

Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr ediləcək.

Qeyd edək ki, Zabit Səmədovun aktivində 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.