MƏDƏNİYYƏT


Azərbaycanlı musiqiçi Rusiya Böyük Teatrında çıxış edəcək

Bakı, 8 yanvar, AZƏRTAC

Fevralın 22-də Rusiya Böyük Teatrında Pyotr Çaykovskinin “İolanta” operası nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Mavritaniya həkimi İbn Hakia obrazını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov canlandıracaq. Opera müğənnisi martın 23-də isə Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” əsərində Rodriqonun partiyasını ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.