MƏDƏNİYYƏT


Azərbaycanlı musiqiçilər Moskvada “Manon Lesko” operasının premyerasında çıxış edəcəklər

A+ A

Bakı, 13 yanvar, AZƏRTAC

Aprelin 12-dən 15-dək Rusiya Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operasının premyerası olacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, aprelin 12-də və 14-də səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov (tenor) ifa edəcək. Bu tamaşada Yusif Eyvazov, həmçinin aprelin 13-də və 15-də müvafiq obrazda çıxış edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.

Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. İtaliyada Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib. Y.Eyvazov Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb, Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.