MƏDƏNİYYƏT


Azərbaycanlı musiqiçinin Parisdə konserti olacaq

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Sentyabrın 8-də gənc və istedadlı bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat www.loisiramag.fr  saytında yer alıb. Fransada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxışı və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. O, həmçinin Fransa, İngiltərə, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.