İQTİSADİYYAT


Azərbaycanlı mütəxəssis beynəlxalq təlimlərdə ən yaxşı nəticə göstərib

Bakı, 12 fevral, AZƏRTAC

Kuala-Lumpur və Malakka şəhərlərində Malayziya Texniki Əməkdaşlıq proqramı (MTCP) çərçivəsində keçirilmiş təlimlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun əməkdaşı Günel Məmmədova İdarəetmə Elmləri üzrə Asiya İnstitutunun (Asian İnstitute of Management Science) “akademik konsulluğun peşəkar diplomu” ilə təltif olunub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 12 xarici ölkədən gəlmiş 15 iştirakçı arasında ən yaxşı nəticə göstərən komitə əməkdaşının şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.

“Keyfiyyətin idarəedilməsi üzrə peşəkar diplom” təlim proqramında ölkəmiz ilk dəfə iştirak edib. Altı moduldan ibarət olan təlim proqramı Birləşmiş Krallığın Menecment Ekspertləri İnstitutunun (Institute of Management Specialist, UK) proqramına uyğun hazırlanıb. Təlimin modulları keyfiyyətin idarəedilməsinin əsas prinsipləri və fəlsəfəsi, keyfiyyətin idarəedilməsi sistemləri, keyfiyyəti ölçmə vasitələri və metodları, keyfiyyətin planlaşdırılması və tətbiqi və digər bu kimi məsələləri əhatə edib.

Təlimin sonunda keçirilmiş imtahanda yüksək nəticə göstərmiş G.Məmmədova ümumi bilik səviyyəsi və fəallığına görə də digər iştirakçılardan fərqlənərək “peşəkar diplom” və sertifikatlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.