MƏDƏNİYYƏT


Azərbaycanlı pianoçu Londonda konsert verəcək

Bakı, 16 fevral, AZƏRTAC

Parisdə yaşayan pianoçu və bəstəkar Renara Axundova martın 9-da Londonda “Rossotrudniçestvo” agentliyinin Böyük Britaniyadakı nümayəndəliyində “Art is Truth” adlı solo konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsində yer alıb.

Renara Axundova Bakıda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbində alıb. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra tale onu Parisə gətirib. O, Parisdə musiqi sənəti ilə ciddi məşğul olmağa başlayıb. İlk solo konserti 2007-ci ildə Tallində olub. Həmin vaxtdan etibarən Renara Axundova Rusiya, Küveyt, ABŞ və bir sıra Avropa ölkələrində konsert proqramları ilə çıxış edib.

Bəstəkar Renara Axundovanın musiqisi insan taleyi haqqında işıqlı ideallara söykənən hekayətdir. O, hər kəssə tanış olan hiss və emosiyaları musiqinin dili ilə dinləyiciyə çatdırır.

Azərbaycanlı musiqiçinin yaradıcılığı haqqında ətraflı məlumatı http://www.renaramusic.com/welcome/ saytından öyrənmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.