CƏMİYYƏT


Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemi Londonda çap olunan kitabda əksini tapıb

Bakı, 11 iyul, AZƏRTAC

Bu günlərdə Londonda nüfuzlu “Transnational Press London” nəşriyyatı tərəfindən çap edilən “Beynəlxalq miqrasiya və uşaqlar” adlı kitabda azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemləri də əksini tapıb. Kitab 2016-cı ilin noyabr ayında İstanbulda Üsküdar Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Beynəlxalq miqrasiya və uşaq” mövzusunda beynəlxalq elmi simpodziumun materialları əsasında hazırlanıb. Türk və ingilis dillərində elmi məqalələrin yer aldığı kitabda bir çox ölkədən - Türkiyə, Rusiya, Yunanistan, İtaliya, İngiltərə, Suriya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və ABŞ-dan 40-dan çox elm adamının tədqiqat işləri yer alıb. Kitabda Yaxın Şərq və dünyanın digər silahlı münaqişə zonalarında məcburi miqrasiyaya məruz qalan uşaqların qarşılaşdığı problemlər sosioloji, fəlsəfi, psixoloji və siyasi nöqteyi-nəzərdən təhlil olunub.

Kitabın əsas müəlliflərindən biri olan Üsküdar Universitetinin sosiologiya bölməsinin müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanov AZƏRTAC-a məxsusi müsahibəsində deyib ki, “Dünyanın bir çox ölkəsindən elm adamlarının, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi nüfuzlu beynəlxalq elmi simpoziumda azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların da problemlərinin diqqətə çatdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Həmçinin simpozium materialları əsasında hazırlanan və Londonda çap olunan kitabda bu problemə həsr olunmuş iki elmi məqalə ilə azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemlərini dünya ictimaiyyətinə çatdırmağa çalışdıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.