İDMAN
Azərbaycanlı qrossmeyster Xakim Omarov Memorialının gümüş medalını qazanıb
Bakı, 20 iyul, AZƏRTAC
Astanada paytaxt şahmat hərəkatının əsasını qoymuş Xakim Omarovun xatirəsinə həsr edilən turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan və digər ölkələrdən ümumilikdə 71 şahmatçı, o cümlədən 10 qrossmeyster iştirak edib.
Azərbaycanı bu yarışda Gəncədən olan beynəlxalq qrossmeyster Vüqar Rəsulov təmsil edib. Turnirin qalibi belaruslu şahmatçı Aleksey Aleksandrov olub. O, mümkün 9 xaldan 7-ni toplayıb. Vüqar Rəsulov yarışın qalibi ilə eyni miqdarda xal toplayaraq gümüş medala layiq görülüb. Üçüncü yeri özbəkistanlı şahmatçı Azamat Daurimbetov tutub.
Turnir İsveçrə sistemi üzrə 8 turda keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]