İDMAN


Azərbaycanlı referi iki beynəlxalq oyunu idarə edəcək

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev daha iki beynəlxalq görüşə təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu idarə edəcək. Almaniyada təşkil olunan turnirin iyulun 24-də keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları üz-üzə gələcək.

Avqustun 4-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyada keçiriləcək “Krasnodar” – “Birkirkara” (Malta) matçını da Ə.Ağayevin rəhbərliyi ilə azərbaycanlı hakimlər briqadası idarə edəcək. Referiyə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.