MƏDƏNİYYƏT


Azərbaycanlı rejissorun filmi ABŞ-da birinci yerə layiq görülüb

A+ A

Bakı, 28 Noyabr, AZƏRTAC

ABŞ-ın Viskonsin ştatında “Weyauwega Internatonial” müəllif filmləri festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda 18 ölkədən 50 film nümayiş olunub. Azərbaycanı festivalda Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” (“The last Jew in the village”) filmi təmsil edib.

Film “Ən yaxşı qısametrajlı sənədli film” (“Best short documentary film”) nominasiyasında münsiflərin və izləyicilərin rəğbətini qazanıb, birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.