ELM VƏ TƏHSİL
Azərbaycanlı rektor Şanxayda forumda çıxış edib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva Çində Şanxay Musiqi Konservatoriyası İpək yolu Musiqi İnstitutlarının Rektorlarının Forumunda iştirak edib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, üç seksiyada keçirilən forumda F.Əliyeva “Azərbaycan musiqi tədrisi və mədəni müxtəliflik” mövzusunda məruzə ilə çıxış edib.
Forum çərçivəsində Azərbaycan, Çin, Hindistan, Özbəkistan, Rusiya, Monqolustan, Pakistan, Qazaxıstan, İran, Macarıstan, Belarus musiqi və incəsənət ali məktəbləri rektorlarının iştirakı ilə musiqi mədəniyyətlərinin mübadiləsi, ənənəvi musiqi irsinin qorunmasında ali məktəblərin rolu, musiqi tədrisinin ənənə və gələcəyi mövzularına həsr olunan “dəyirmi masa” keçirilib. Müasir təhsil sistemi barədə qarşılıqlı təcrübə mübadiləsi, gələcək elmi və mədəni əməkdaşlıqla bağlı danışıqlar aparılıb.
F.Əliyeva müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, ənənəvi və klassik musiqi sənətinin tədrisi problemləri ilə bağlı müzakirələr aparıb.