MƏDƏNİYYƏT


Azərbaycanlı rəssam tələbələri ilə Fransada "Art Shopping" festivalında iştirak edəcək VİDEO

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 21-dən 23-dək Fransanın məşhur Luvr muzeyinin Karusel qalereyasında “Art Shopping” festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmiz festivalda istedadlı rəssam Turan Muxtarzadənin rəssamlıq studiyası ilə təmsil olunacaq. "Turan Art Studio"nun tərkibində 9 rəssam iştirak edəcək.

Turan Muxtarzadə, Şəmirə Ağayeva, Pakize Kılınç, Viki Vaqner, Ellada İsmayılova, Aida Ağayeva, Jalə Həsənova, Fidan Zeynalova və Aişə Qurbanovanın müxtəlif mövzularda 27 əsəri festivalda nümayiş olunacaq. Studiyanın rəhbəri isə festivala "Nargilə", "Rəssamın portreti" və "Qəmgin" əsərləri ilə qatılacaq.

Qeyd edək ki, Turan Muxtarzadə UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov məktəbinin davamçısıdır. Bundan öncə "Turan Art Studio" ölkəmizi Moskvada keçirilən 10-cu "Vera World Fine Art" festivalında təmsil edib. Festivala 4 rəssamla qatılan studiya "Yeni baxış" nominasiyasında qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.