ELM VƏ TƏHSİL
Azərbaycanlı riyaziyyatçının tədqiqat layihəsi TÜBİTAK-ın qalibi olub
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimovun tədqiqat layihəsi Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK) riyaziyyat sahəsində dəstək verəcəyi iki qalib layihədən biri olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, layihənin üç ilə tamamlanması nəzərdə tutulur, sonda layihənin nəticələri “Springer” nəşriyyatında kitab şəklində çap olunacaq.
Qeyd edək ki, 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışan alim hazırda bu ali məktəbin professorudur. A.Səlimov tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]