İQTİSADİYYAT


Azərbaycanlı sahibkarlar Hindistanda keçiriləcək informasiya texnologiyaları konfransına dəvət olunurlar

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

2017-ci ilin fevralın 13-14-də Hindistanda "INDIASOFT" adlı XVII beynəlxalq informasiya texnologiyaları konfransı keçiriləcək. Tədbir Hindistanın Elektronika və Proqram Təminatı İxracının Təşviqi Şurasının təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları konfransda iştiraka dəvət olunurlar. Konfransda iştirakçıların Hindistanın informasiya texnologiyaları mütəxəssisləri ilə yanaşı, 65 ölkədən tədbirə gələcək 350-dən çox xarici alıcı ilə əməkdaşlıq etmək imkanı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.