İQTİSADİYYAT


Azərbaycanlı sahibkarlar İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin V halal sərgisinə dəvət olunurlar

A+ A

Bakı, 25 dekabr, AZƏRTAC

Gələn il noyabrın 23-dən 26-dək İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin V halal sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. Sərginin əsas məqsədi halal ticarət, istehsal, standartlar və logistika sahələrində fəaliyyət göstərən sahibkarları bir yerə toplayaraq, halal sektorunun xidmət və məhsullarını təşviq etmək və bu vacib sahədə ticarət və investisiyaların artmasına kömək etməkdir.

Sərgidə təchiz olunmuş köşkün bir kvadratmetri 300 ABŞ dolları, binanın içində təchiz olunmamış boş sahənin qiyməti isə 270 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.