İQTİSADİYYAT


Azərbaycanlı sahibkarlar Mədinə şəhərinə yüngül sənaye və əl işləri sərgisinə dəvət olunurlar

Bakı, 24 iyul, AZƏRTAC

Bu il noyabrın 26-da Səudiyyə Ərəbistanının Mədinə şəhərində yüngül sənaye və əl işləri üzrə beynəlxalq sərgi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgidə iştiraka dəvət olunurlar. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüngül sənaye və əl işləri sektorlarının nümayəndələrini bir araya gətirəcək sərgi dekabrın 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.