SİYASƏT


Azərbaycanlı səfir etimadnaməsini San Marinonun kapitan-regentlərinə təqdim edib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycanın, o cümlədən San Marinoda akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, təqdimetmə mərasimində San Marino xarici işlər naziri Paskal Valentini iki ölkə arasındakı əlaqələrdə son dövrdə müşahidə olunan intensivliyi qeyd edib. Həmçinin 2015-ci ildə San Marino kapitan-regentlərinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana səfərinin, habelə özünün səfərinin münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Səfir M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını kapitan-regentlərə çatdırıb, ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra daha da inkişafı üçün çalışacağını qeyd edib.

Kapitan-regentlər C.N.Berti və M.A.Uqolini, öz növbələrində, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib və növbəti müddətdə ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiklərini vurğulayıblar.

Səfir M.Əhmədzadə San Marinoya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Paskal Valentini, sənaye və ticarət naziri Marko Arzilli, parlamentin bir qrup üzvləri və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.