MƏDƏNİYYƏT
Azərbaycanlı skripkaçı məşhur “Deco Ensemble” kollektiv ilə konsert verəcək
Bakı, 26 aprel, AZƏRTAC
Tanınmış skripkaçı Səbinə Rakçeyeva iyulda “Deco Ensemble” kollektivi ilə birgə çıxış edəcək.
AZƏRTAC ansamblın saytına istinadən xəbər verir ki, konsertin iyulun 3-də Böyük Britaniyanın Hariç şəhərində keçirilməsi nəzərdə tutulur. İyulun 9-da kollektiv Londonun “Southbank Centre” kompleksində, 11-də Oundl şəhərinin “Stahl Theatre” məkanında çıxış edəcək. Kollektivin iyulun 25-də Madriddə keçiriləcək “Noches del Olivar” festivalında iştirakı nəzərdə tutulur.
“Deco Ensemble” qrupu yaradıcılıq fəaliyyətində nuevo tanqo janrına xüsusi diqqət yetirir. Səbinə Rakçeyeva ansamblda Bartoş Qlovaki (akkordeon), Rikardo Qosalbo (piano), Robert Luft (elektrogitar), Yelena Mariqomes (kontrabas) ilə birgə çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]