CƏMİYYƏT


Azərbaycanlı tələbə Avstraliyada elmi jurnalın əsas redaktoru seçilib

A+ A

Tokio, 5 sentyabr, AZƏRTAC

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliya Milli Universitetində antropologiya ixtisası üzrə təhsil alan İlkin Əliyev bu ali məktəbin “The Toad” jurnalına əsas redaktor seçilib.

“The Toad” Avstraliya Milli Universitetinin çoxsahəli akademik nəşri kimi davamlı olaraq dərc ediləcək. Jurnalın həm Avstraliya Milli Kitabxanasında, həm də Milli Universitetin kitabxanasında saxlanılması nəzərdə tutulur.

Ümumilikdə 180 səhifədən ibarət olacaq jurnalda magistr və doktorantların, eyni zamanda, digər əlaqəli şəxslərin yalnız xüsusi tələblərə cavab verən çoxsahəli akademik məqalələri yer alacaq.

İlkin Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, jurnalın gələcək saylarında Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ reallıqları haqqında elmi yazılar dərc olunmasına də xüsusi önəm verəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.