İDMAN


Azərbaycanlı tələbə Çində fitnes-model yarışının qalibi olub

Pekin, 22 may, AZƏRTAC

Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov Çin universitetlərinin tələbələri arasında keçirilmiş fitnes-model yarışının qalibi olub.

Yarışda Çin üzrə təxminən 230 universitetdən 600-ə yaxın yerli və əcnəbi tələbə bir neçə növdə qalib olmaq üçün yarışıb. Həmvətənimiz S.Həsənov fitnes-model növündə hamıdan güclü olmağı bacarıb.

Qeyd edək ki, bu, Sadiqin ilk uğuru deyil. O, mütəmadi olaraq bu cür yarışlarda mükafatçılar sırasında olur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.