İDMAN


Azərbaycanlı tələbə Pekində fitnes-model yarışında növbəti dəfə qalib gəlib

Pekin, 13 dekabr, AZƏRTAC

Azərbaycanlı gənc, Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov paytaxt universitetləri arasında keçirilmiş 8-ci fitnes-model yarışının qalibi olub.

Yarışda Pekin universitetlərində təhsil alan 150-yə yaxın yerli və əcnəbi tələbə bir neçə növdə qalib olmaq üçün mübarizə aparıb. Fitnes-model növündə yarışan S.Həsənov qrup mərhələsini uğurla keçərək finalda yarışmaq hüququ qazanıb. O, finalda da uğurunu davam etdirərək 12 idmançı arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

S.Həsənov ötənilki yarışda da qalib olmuşdu.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.