CƏMİYYƏT


Azərbaycanlı tələbələr Kalmıkiyada ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Bakı, 14 dekabr, AZƏRTAC

Rusiyanın B.B.Qorodovik adına Kalmık Dövlət Universitetində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Kalmıkiya filialının sədri Fərhad Fərhadov, sədr müavini Namiq Muradov və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasətin əsasını da ulu öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir ki, hazırda azərbaycanlı gənclər respublikamızı dünya ölkələrində uğurla təmsil edirlər.

Tədbirdə Azərbaycanla bağlı film göstərilib, ulu öndər Heydər Əliyevə və ölkəmizə həsr olunmuş kitab sərgisi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.