ELM VƏ TƏHSİL
Azərbaycanlı tələbələr Türkiyə universitetinin də diplomunu ala biləcəklər
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə (AzMİU) İstanbul Texniki Universiteti arasında ikili diplomla bağlı müqavilə var.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin dekanı Hikmət Məmmədov bildirib ki, müqavilə hər iki universitetin inşaat fakültələrinin tələbələrinə şamil edilir. Belə ki, AzMİU-nun tələbələri iki il respublikada təhsil alır, növbəti iki ildə isə təhsillərini Türkiyədə davam etdirirlər.
Bunun müəyyən şərtlər daxilində həyata keçirildiyini qeyd edən H.Məmmədov deyib ki, hər iki universitetdə tədris ingilis dilində aparıldığından tələbələrin TOEFL proqramını bilməsi vacibdir. Bu məqsədlə AzMİU-nun inşaat fakültəsində tədrisin ingilis dilində keçirildiyi qruplar yaradılıb.
Haqqında söhbət gedən müqavilə Azərbaycan tələbələrinə AzMİU ilə yanaşı, tanınmış Türkiyə universitetinin də diplomunu almaq imkanı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]
Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub
- 24.04.2024 [16:38]
Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub
- 24.04.2024 [16:16]
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
- 24.04.2024 [15:54]
Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub
- 24.04.2024 [15:48]
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb
- 24.04.2024 [15:09]