MƏDƏNİYYƏT
Azərbaycanlı tələbələr beynəlxalq liderlik məktəbində iştirak edib
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tələbələrlə ADMİU-nun “Kulturologiya” fakültəsində görüş keçirilib.
Görüşdə tələbələr iştirak etdikləri beynəlxalq liderlik məktəbindən, oradakı tədrisdən, maraqlı görüşlərdən, debatlardan, Azərbaycana olan böyük maraqdan söz açıb, sualları cavablandırıblar.
Bildirilib ki, Enaktus” beynəlxalq liderlik məktəbinə Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistandan gəlmiş 50 tələbə qatılıb. Maraqlı məşğələ, treninq, mühazirələrlə keçən məktəbdə İspaniya, Çili, Niderland və Hindistandan da nümayəndələr iştirak edib.
Qeyd edək ki, “Enaktus” 1975-ci ildə ABŞ universitetləri tərəfindən yaradılıb və sosial, ekoloji, iqtisadi problemlərin həllinə yönəlmiş tələbə biznes layihələrin beynəlxalq proqramıdır. Azərbaycan 2005-ci ildən “Enaktus” proqramına qoşulub, bir il sonra isə dünya kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb.