MƏDƏNİYYƏT
Azərbaycanlı yazıçının əsərləri Rusiyada maraqla oxunur
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanı yazıçısı Varisin ötən ilin yayında Rusiyada ədəbi debütü uğurlu olub. Onun bu ölkənin bir neçə ədəbi orqanında dərc edilən hekayələri, habelə romanlarından parçalar geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, bu işlərin nəticəsi olaraq Varis Rusiya Yazıçılar İttifaqına üzv qəbul edilib.
Bu günlərdə isə Varisin “Rəngsizliyin rəngləri” hekayəsi Rusiya Yazıçılar İttifaqının, eləcə də litclub.ru, stihi.ru və proza.ru ədəbiyyat portallarının birgə layihəsi olan “2014-cü ilin ən yaxşı nəsri” almanaxının “Romantika” bölümünə daxil edilib.
Cari ildə azərbaycanlı yazıçının Rusiyada iki romanının işıq üzü görməsi planlaşdırılır.