MƏDƏNİYYƏT


Azərbaycanlı yazıçının kitabı Ulyanovsk şəhərində nəşr olunub

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycanlı yazıçı Şəddad Cəfərovun “Ötən illərin tarixi” kitabı Moskva şəhəri “Birinci nümunəvi mətbəə” Səhmdar Cəmiyyətinin “Ulyanovsk Mətbuat Evi” filialında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab 3 min nüsxə tirajla rus dilində çap edilib. Nəşrdə Şəddad Cəfərovun müxtəlif illərdə qələmə aldığı, Rusiyanın və Azərbaycanın dövri mətbuatında dərc edilmiş satirik və yumoristik hekayələri yer alıb. Müəllif özünəməxsus yumoristik dillə, oxucunu yormadan sovet dövrünə xas cəmiyyət həyatının müxtəlif tərəflərindən söhbət açıb.

Kitab geniş oxucu dairəsi üçün maraq doğurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.