İQTİSADİYYAT


“Azercell” “Bölgələrdə limitsiz danışıq” kampaniyasını həyata keçirir

A+ A

Bakı, 12 iyul, AZƏRTAC 

Bu yay “Azercell”in 50-ə yaxın əməkdaşı xüsusi layihə çərçivəsində səyyar müştəri xidməti funksiyasını həyata keçirir. Müştərilər üçün həm səyyar satış təşkil olunur, həmçinin yeni məhsul və xidmətlər onlara maraqlı formatda təqdim edilir.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azercell Telekom”un bölgələrdə keçirdiyi maraqlı layihənin daha bir məqsədi abunəçiləri yeni məhsullarla daha yaxından tanış etməkdir. Çünki, bu tədbirlər müştərilərin özlərinə uyğun məhsul və ya xidmətin seçimində onlara kömək edir.

Hazırda “Azercell” şirkəti Bakı və Abşeron yarımadasından kənarda yaşayan müştəriləri üçün “Bölgələrdə limitsiz danışıq” kampaniyasını reallaşdırır. “Azercell”in əməkdaşları bölgə sakinləri ilə görüşdə həm də bu cəlbedici kampaniya haqqında yerli əhaliyə ətraflı məlumat verirlər. Belə ki, “Bölgə” tarifində olanlar günlük limitsiz danışıq paketinə qoşulmaqla “Azercell”lilərlə gün boyu istənilən qədər danışa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.