İQTİSADİYYAT


“Azercell” “Hədsiz” rouminq endirimləri təqdim edir

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

“Azercell Telekom” “Hədsiz” tarif paketi çərçivəsində abunəçiləri üçün sərfəli endirimlər təqdim edir. Belə ki, oktyabrın 4-dən etibarən “Hədsiz” tarif paketinin abunəçiləri Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rouminqdə olarkən 15 faiz endirimdən yararlana biləcəklər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1.30 AZN, hər 1MB mobil internet üçün isə cəmi 3 AZN ödəyəcəklər. “Azercell”in bu sərfəli endirimli rouminqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.

Xatırladaq ki, “Azercell” 2014-cü ildən etibarən Fakturalı Xətt abunəçiləri üçün “Hədsiz” tarif paketini istifadəyə verib. “Azercell” abunəçilərinə təqdim olunan "Hədsiz" tarif paketinə qoşulmaqla müştərilər aylıq 49.90 AZN abunə haqqı müqabilində endirimli xidmətlərdən yararlana bilir.

Bu endirimlərə 3000 dəqiqə şəbəkədaxili zənglər, 500 dəqiqə şəbəkəxarici zənglər, 50 dəqiqə beynəlxalq zənglər, 2000 ölkədaxili və beynəlxalq SMS, həmçinin 5 GB həcmində mobil internet daxildir. Bu tarifə qoşulmaq üçün fakturalı xətt abunəçiləri "Hedsiz" sözünü yazıb 650-ə göndərə bilərlər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.