REGİONLAR


“Azercell” Lahıcda “Həmrəylik düşərgəsi”nə qatılır

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və UNESCO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda ölkə miqyaslı sosial layihə - “Həmrəylik düşərgəsi”nə start verilib. Layihə iştirakçılarının mobil rabitə təminatçısı qismində çıxış edən “Azercell Telekom”, eyni zamanda, tədbir boyu sosial və məlumat dəstəyini də göstərməkdə davam edəcək.

Bu barədə AZƏRTAC-a “Azercell Telekom” MMC-dən bildirilib. Könüllülər üçün “Azercell” Akademiyasının təlim proqramı da təşkil olunacaq. “Azercell”in əməkdaşları gənclərə karyera qurmağın yolları haqqında məlumat verəcəklər.

Bundan əlavə, gənclərə “Azercell” tərəfindən ilk tibbi yardımın və yanğınsöndürmənin əsasları, fövqəladə hallarda davranış qaydaları və sair kimi məsələlərlə bağlı təlim keçiriləcək. Sessiyaları uğurla başa vuran gənclərə “Azercell” tərəfindən sertifikat və hədiyyələr təqdim olunacaq.

Layihənin məqsədi gənclərə yeni bilik və bacarıqların, peşə bacarıqlarının öyrədilməsi, multikultural nümunələrin inkişafının dəstəklənməsi, gənclər arasında düşərgə mədəniyyətinin formalaşdırılması, sosial iştirakçılığın və sosial məsuliyyət çərçivəsində işlərin təşviqindən ibarətdir. Layihə çərçivəsində həmçinin “ASAN məktub” vasitəsi ilə Lahıc məktəblilərinə məktəb ləvazimatları alınacaq. “ASAN xidmət”in təşkilatçılığı ilə Lahıcda təhsil alan məktəblilərə şəxsiyyət vəsiqələri təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.