İQTİSADİYYAT


“Azercell Telekom” “Bakutel-2016” sərgisində “Zvooq” əlavəsini istifadəyə verib

A+ A

Bakı, 29 noyabr, Elvira Məmmədova, AZƏRTAC

“Azercell-Telekom” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisində dünyanın məşhur Music Streaming (musiqi axını) xidməti olan “Zvooq” əlavəsini rəsmi istifadəyə verib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, bu xidmət ilk dəfə “Azercell”in “Bakutel-2015” stendində qonaqlar tərəfindən sınaqdan keçirilmişdi. “Azercell” abunəçiləri ayda yalnız 3.5 AZN abunə haqqı ödəməklə, “Zvooq” əlavəsi üçün eksklüziv təklif qazanır: mobil telefonun balansı vasitəsilə rahat ödəmə imkanı, musiqi yükləmə, oflayn rejimdə istifadə, reklamsız və ötürmə məhdudiyyəti olmadan HQ (yüksək keyfiyyətli) striminq və yükləmə. “Zvooq” əlavəsi indi Azərbaycanda yalnız “Azercell” müştəriləri üçün eksklüziv təklif olunur: https://www.azercell.com/az/personal/services/partner_services/zvooq/

Sərgidə “Azercell” stend ziyarətçilərinə yüksəksürətli mobil internetin gücünü nümayiş etdirir. Buraya müxtəlif ağıllı (smart) cihazlar, o cümlədən məlumatların toplanmasına və mübadiləsinə, mövcud şəbəkə infrastrukturunda obyektlərin uzaqdan idarə edilməsinə, iş mühitində effektivliyin artırılmasına səbəb olan elektron cihazlar və yaxud proqram təminatı ilə təchiz edilmiş intellektual nəqliyyat sistemi ilə təmsil olunmuş “Əşyalarıın İnterneti” (Internet of Things) daxildir.

Şirkətin geniş stendi üç hissədən ibarətdir və hər bir hissə mobil internetin müasir insanın həyatı və asudə vaxtının ayrılmaz hissəsi olduğunu bariz şəkildə nümayiş etdirir.

Burada, həmçinin ən son texnoloji innovasiyalar və “Azercell”in yüksəksürətli internet əsasında təmin etdiyi müxtəlif məhsullar və xidmətlər, məsələn artıq məşhur olan Bookmate əlavəsi, Video streaming (Video axını), eləcə də “Əşyaların İnternetinə” aid ən son cihazlar və yeniliklər, məsələn, Microsoft HoloLens, Leap Motion, Smart Home (Ağıllı Ev) sisteminin komponentləri kimi nümayiş olunan Smart Traveler Bag (Ağıllı Səyahətçi Çantası), Smart Door Bell (Ağıllı Qapı Zəngi), valideynlər üçün nəzarət cihazı Mother (Ana), həmçinin İnternet əsaslı xidmətlər olan Coursera’s Massive Açıq Onlayn Kursları, Kodak Smart və sair trendlər və məhsullar nümayiş olunur.

Peşəkar inkişafla maraqlanan şəxslər, eyni zamanda, stenddə təklif olunan Azercell Akademiyasının təhsil xidmətləri ilə tanış ola bilərlər. Gənc şirkətlər və sahibkarlar isə “Bakutel-2016” sərgisində öz yeni layihələrini təqdim edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyindən yararlana bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.