İQTİSADİYYAT
“Azercell Telekom” yeni media layihəsi icra edəcək
Bakı, 28 iyul, AZƏRTAC
“Azercell Telekom” şirkəti yaxın vaxtlarda Bakı Dövlət Universiteti ilə birgə yeni layihənin icrasına başlayacaq.
Bu barədə AZƏRTAC-a şirkətin icraçı direktoru Vahid Mürsəliyev məlumat verib. O bildirib ki, “Barama media” adlanan layihə milli internet kontentin inkişaf etdirilməsi məqsədilə reallaşdırılacaq.
“Layihə çərçivəsində Bakı Dövlət Universitetində Azərbaycan dilli internet kontenti üçün tələb olunan şərait formalaşdırılacaq və jurnalistika fakültəsində oxuyan tələbələr burada milli kontentin yaradılması ilə məşğul ola biləcəklər”, - deyə V.Mürsəliyev qeyd edib.